“Qarabağ məsələsi ilə bağlı, ümumiyyətlə, heç bir fikir bildirməməsi üçün Nikol Paşinyana ya xahiş etmək, ya da zorla izah etmək lazımdır ki, o, xüsusən də beynəlxalq media ilə görüşdən çəkinməlidir. Ermənistanın baş naziri “Rossiya-1” telekanalına verdiyi müsahibədə bunu təsdiqlədi və hətta BBC müxbiri tərəfindən alçaldılması belə ona dərs olmadı.”
SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akobyan öz Facebook səhifəsində paylaşıb və Nikol Paşinyana mesaj da ünvanlayıb.
Paşinyana müraciətlə “Kəs səsini” yazan Akopyan, həmçinin Dağlıq Qarabağdakı vəziyyət barədə də fikirlərini gizlətməyib.
“Mövcud eskalasiyanın səbəbi Paşınyanın “Qarabağ – Ermənistandır” adlı populist şüarı, həmçinin baş nazirin danışıqlar prosesindən imtina etməsidir. Erməni cəmiyyətinin respublika rəhbərinin siyasətindən narazılığı tamamilə əsaslıdır. Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən bəri Ermənistanı daha bərbad vəziyyətə salıb. Qısa müddət ərzində bir sıra dövlətlərlə, o cümlədən KTMT və Aİ tərəfdaşları ilə münasibətləri xeyli korlayıb.
Bununla yanaşı, Ermənistanın “əsas siması” elementar tarixi faktları bilmədiyini və ümumiyyətlə, yüksək səviyyədə əsaslandırılmış söhbət apara bilməmə qabiliyyətini dəfələrlə nümayiş etdirib!”, deyə Ruben Akobyan öz Facebook səhifəsində yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB