“Co Bayden Qarabağdakı vəziyyətə ədalətli qiymət vermək üçün çox uzaqdır” Türkiyə səfiri

Türkiyə ABŞ prezidentliyinə namizəd Co Baydeni Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmağa çağırıb. SİA-nın məlumatına görə, “aa.com.tr/ru” xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ABŞ prezidentliyinə namizəd Co Baydenin Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyətlə bağlı mövqeyini qınayıb.

“Əgər təcavüzə məruz qalan ölkə ilə işğalçı dövlət arasındakı fərqi müqayisə etsəydiniz, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq administrasiyadan (Donald Tramp) Azərbaycan torpaqlarının qanunsuz olaraq erməni işğalına son qoyulması prosesinin irəliləməsini tələb etsəydiniz, o zaman bu, ədalətli olardı”, deyə Türkiyə diplomatik nümayəndəliyinin rəhbəri “Twitter”də bunu yazıb.

Qeyd edək ki, C.Bayden bir qədər əvvəl Tramp administrasiyasını Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəsin bərpası üçün müvafiq addımlar atmağa və “Türkiyə kimi ölkələrin münaqişəyə qarışmasının qarşısını almağa” çağırıb.

Xatırladaq ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun cəbhə boyu bütün mövqelərini, eləcə də cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoyaraq Azərbaycana qarşı genişmiqyaslı təxribatlar həyata keçirib, bunun nəticəsində Ermənistan-Azərbaycan münaqişə zonasında gərginlik artıb. Hal-hazırda rəşadətli Azərbaycan Ordusu antiterror əməliyyatları keçirir və Ermənistan tərəfi çoxlu sayda hərbi texnika və canlı qüvvə itgisi ilə qarşılaşıb, uzun zamandır işğalda saxladığı Azərbaycan ərazilərinin bir hissəsi işğaldan azad olunub, hansı ki, düşmən bu məlumatları gizlədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə