Parlamentin növbəti iclası mayın 17-də baş tutacaq

Parlamentin növbəti iclası mayın 17-də baş tutacaq
Parlamentin növbəti iclası mayın 17-də keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib. İclasın gündəliyinə Ailə Məcəlləsi, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə, Əmək Məcəlləsi və Vergi Məcəlləsinə də dəyişikliklər daxildir. İclasda millət vəkilləri Azərbaycan hökuməti ilə bir neçə dövlətin arasında hökumətlərarası sazişin müzakirə edəcək, "Banklar haqqında", "Əmək pensiyaları haqqında", "İpoteka haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Dövlət qulluğu haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" "İcra məmurları haqqında" və digər qanunlara dəyişiklik edəcəklər.

İclasda həmçinin yeni qanunda müzakirəyə çıxarılacaq. Belə ki, uzun müddətdir müzakirəyə səbəb olan "Sosial xidmət haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirə çıxarılacaq.

Qeyd edək ki, Parlamentin son iclası mayın 6-da baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə