Petros Eftimiu: "Azərbaycanla ATƏT Parlament Assambleyası arasında məhsuldar əməkdaşlıq mövcuddur"

Petros Eftimiu: "Azərbaycanla ATƏT Parlament Assambleyası arasında məhsuldar əməkdaşlıq mövcuddur"

"Azərbaycanla ATƏT Parlament Assambleyası arasında məhsuldar əməkdaşlıq mövcuddur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti Petros Eftimiu deyib.

 

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan nümayəndə heyəti də qurumun işində fəallıq göstərir: "Azərbaycanla ATƏT arasında əməkdaşlıq inkişaf edir. Eyni zamanda parlamentlərarası münasibətlər də yüksələn xətt üzrə inkişaf edir. Bizim aramızda məhsuldar əməkdaşlıq mövcuddur və mənim səfərimin əsas məqsədi qurumla Azərbaycan arasında mövcud olan münasibətləri daha da dərinləşdirməkdir".

 

Qeyd edək ki, bu gün ATƏT PA prezidenti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə