Azərbaycan daha bir ölkədə səfirlik açır – Milli Məclis təsdiq etdi

Azərbaycan Kubada səfirlik açacaq.

SİA-nın məlumata görə, Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi daxil edilib.

Müzakirələr zamanı səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, hazırda Kubada Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...