Milli Məclisdə jurnalistlər üçün üç yeni iş otağı yaradılıb - AÇIQLAMA

Milli Məclisdə jurnalistlər üçün üç yeni iş otağı yaradılıb. İş oraqlarında jurnalistlərin işləməsi üçün bütün lazımi şərait yaradılıb. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, otaqların birində jurnalistlərin işləməsi üçün kompüterlər quraşdırılıb, bir otaq foto studiya kimi fəaliyyət göstərəcək, digər otaq isə brifinqlər və müsahibələrin alınması üçün nəzərdə tutulub

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru çıxış edərək jurnalistlər üçün yaradılan şəraiti yüksək dəyərləndirib. Qeyd edib ki, bu yenilik jurnalistlərin parlamentin işini daha da geniş və keyfiyyətli işıqlandırılmasına müsbət təsir göstərəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə