Türkiyə hər vasitə ilə Azərbaycana dəstək verməyə hazırdır Rusiya mətbuatı yazır

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun ölkəsinin Dağlıq Qarabağ uğrunda döyüşlərdə Azərbaycanı dəstəkləməyə hazır olduğu barədə açıqlaması Rusiya mətbuatında da yayımlanıb. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi informasiya yayıb.

"Məsələsinin kökündən həll olunmasını istəyirik. Bunun üçün çox səy göstərdik, lakin nəticəsi olmadı. Həmişə, həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanın yanında olduq. Bu həmrəyliyi davam etdirəcəyik", deyə Çavuşoğlunun Azərbaycan səfirliyini ziyarətindən sonra Ankaradakı jurnalistlərə bəyan etdiklərini RİA Novosti sitat gətirib.

Agentlik qeyd edib ki, Türkiyənin xarici işlər naziri Azərbaycanın Ermənistanla bərabər tutulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə