Hər şey Vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün! - ŞƏRH
Rasim Quliyev, "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri
Azərbaycanın haqq-ədalət müharibəsində millətimizə, dövlətimizə Uca və Qadir Allah yar və yardımçı olsun! Haqq və Həqiqət Əbədi və Əzəli olan Allah-Təaladır. Adil və Ədalət Bağışlayan, Mehriban və Əziz olan Allahdır.
Allahın yolundan azdıq, halal-haram bilmədən haqqı nahaqqa, xeyiri şərə dəyişdik və zərərə uğradıq, imtahan olunduq. İndi səhvlərimizi, günazlarımızı tövbə edib əlimizdə ikən qədrini bilməyib itirdiklərimizi döyüşüb geri qaytarmalıyıq və Allah dərgahında sağ olan şəhidlərimiz haqq uğrunda, ədalət uğrunda, hiylələrin, məkrlərin birləşərək Xocalıda, Şuşada, Daşaltıda və çay kənarında bəbək oynadan, dünyanın hiyləsinə saf su kimi baxan günahsız qızcığazın qətlə yetirilməsinə, ailəsinin, ana-atasının, bacı-qardaşının gülləbaran olunmasına sinəsini sipər edən igid oğullar tapdalanmış haqq və ədalət uğrunda qorxmadan şəhidlik zirvəsinə, uca dərgaha yüksəldilər.
Və bu gün haqq müharibəsinə qalxan Azərbaycan Xalqı beynəlxalq hüquqda və Allah qarşısında öz təbii haqqını müdafiə edir.
Quranda və beynəlxalq hüquqda bu barədə nə deyilir?
Qurani-Şərif. Muhəmməd surəsi dördüncü ayədə (surə 47, ayə 4). Buna görə də kafirlərlə (muharibədə) qarşılaşan zaman onların, boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət, elə ki, onları qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi, onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə, kafirləri mömünlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir) və sonra həmin surənin 35-ci ayəsində (Surə 47, ayə 35) deyilir. Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
Torpaqlarımızın işğaldan azad olunması xəritəsi genişləndikcə və yüksəkliklər, zirvələr düşmən ünsürlərdən təmizləndikcə dünyanın və özümüzün nəzərində yüksələn Azərbaycan dövləti, Azərbaycan vətəndaşı, Azərbaycan vətəni, Azərbaycan türkü, Azərbaycan ruhu qəlbləri fəth edir.
Qurani-Şərif Fəth surəsi 1-ci və 2-ci ayələrində (surə 48, ayə 1 və 2) deyilir.
Surə 48, ayə 1
Həqiqətən Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik.
Surə 48, ayə 2 ki,
Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin.
Bu dünyanı bizlər üçün nemətlərlə dolduran və bəzəyib bizim ixtiyarımıza verən Uca və Qadir Allah Azərbaycana və bizə sonsuz nemətlər və cənnətməkan, altı-üstü bərəkətli torpağı Vətən qərar vermişdir. Bu nemətlərin, bu bərəkətin qədrini bilib şükür səcdəsini az etdik ki, bir müddətə düşmənlərlə sınağa çəkildik. Sınağa çəkilib, bədəlini ödəyib haqqımızı qaytarıb qədir-qiymətini daha çox bilməliyik bu vətənin, bu torpağın və güzəştə getməməliyik.
Hüquqi müstəvidə bugünkü dünyanın idarə olunduğu bütün hüquqi norma və qaydalarda beynəlxalq hüquqi sənədlərdə göstərilir ki, Ermənistan Azərbaycan ərazisinin 20%-ni zəbt edib, işğal altında saxlayır və bu torpaqlar Azərbaycan dövlətinin sərhədlərinə daxildir və bu torpaqlar Azərbaycan xalqının vətənidir, milli sərvətidir.
Birləşmiş Millətlər Təşkilatının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə dərhal azad edilməsi tələbini bildirən 4 qətnamə indiyədək icra olunmayıb. ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatında birləşən dövlətlərin təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və demək olar ki, bütün beynəlxalq platformalar, beynəlxalq konfranslar və ayrı-ayrılıqda demək olar ki, bütün dövlətlər bu və ya digər formada rəsmi şəkildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq ediblər və eyni zamanda ya birbaşa bu işğal faktını pisləyiblər, ya da tövsiyə ediblər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
Bunu bütün dünya billə-bilə işğalçını maddi yardım ilə, hərbi vasitələrlə və Azərbaycanla bərabər dialoqa dəvət etməklə siyasi dəstək verən ikibaşlı oynayan, ikili standart dediyimiz hiylə, riya və ikiüzlü çoxluq! İndi sizin dediyinizi Azərbaycan icra edir. BMT-nin qətnamələrini icra edir və ikiüzlü çoxluğun qarşısında Türkiyə ilə çiyin-çiyinə dayanıb və kürəyini də Pakistan kimi dostlara söykəyib.
Dur deyən ikiüzlü, ikistandartlı Qərb bütün dünya dövlətləri adından BMT-nin qəbul etdiyi qətnaməni 28 ildir Ermənistan saymır, Azərbaycan icra edir. Bəs burada nəyi müzakirə etmək lazımdır ki? Regiona təhlükə və mənfi impuls verən müharibəni 30 ildir mənasız danışıqları pozan və danışıqların perspektivinin üstündən xətt çəkən Ermənistanın yeni baş naziri olub. İndi yalnız bir məsələ ola bilər ki, Ermənistan ordusu təslim olub hərbi müqavimət göstərməməli və bütün hərbi təminatı təhvil verməlidir.
Sözsüz ki, Azərbaycan Ordusunun zəfər yürüşü və bütün beynəlxalq təzyiqlər qarşısında Türkiyənin tək və birmənalı dayanmasının qısaca Quranla və hüquqi haqqımız olduğunu bildirdik, bəs bu yürüşün, bu dönüşün mənəvi-psixoloji tərəfdən baxanda görünüşü necədir?
Bir türk müsəlman dövlətinə qarşı ənənəvi Qərb ikiüzlülüyünə Azərbaycan silləsi türkdilli dövlətlərin özünəinamını artırdı. Bundan sonra hər hansı masada və platformada türkdilli dövlətlərin mənəvi-psixoloji üstünlüyünü xeyli artırdı və bu dövlətlərin də inteqrasiyasında böyük təsiri olacaq. Necə ki, Sovet ittifaqının dağılmasında Qarabağ və 20 Yanvar hadisələri ilə Azərbaycan böyük rol oynamışdı, bu zəfər yürüşü də Qərbin çürük, Avropa İttifaqının xristian klubu və İslamofobiya psixi maniyadan uzağa gedə bilmədikləri üçün qaçılmaz tənəzüllü fonunda güclənən və inkişaf edən Türk İttifaqı üçün vacib mənəvi addım ola bilər. Bu zəfər yürüşü Qarabağı özünün problemi sayan türk qardaşlığımızın örnək ola biləcəyi Təbrizi və başqa qardaşlarımızı da düşündürəcək.
Haydı qardaşlar, hər şey Vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün irəli!
Bütün xəbərlər Facebook səhifəmizdə