Minsk qrupu Qarabağ məsələsində maraqlı olmamaqda günahlandırılır RİA Novosti yazır

Serbiya Xarici İşlər Nazirliyi Minsk Qrupunu Qarabağ məsələsində maraqlı olmamaqda günahlandırıb. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ problemi ilə bağlı 20 illik danışıqların səmərəsizliyinə görə və münaqişənin həllində maraqlı olmadığına görə qınayıb.

"20 ildən çoxdur ki, eyni şəkildə danışıqlar aparan eyni tərkibdə qrup heç bir nəticə, uğur qazanmayıb. Bu, hazırki ana qədər heç bir müvəffəqiyyət qazanmayan və heç bir qərara gəlməkdə maraqlı olmayan Minsk qrupu deyilən qrupdur. Qarşıdurmanın mümkün qədər uzun müddətə davam etməsi onların mənafelərinədir", deyə Daçiç Serbiyanın milli televiziyasının efirində bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə