Erməni rejissor ona çörək verən rusların üzünə ağ oldu HƏYASIZLIQ

Ermənistan Rusiyanın siyasi və s. dəstəyindən məhrum olduğunu anladıqdan sonra həyasızcasına anti-Rusiya xarakterli informasiyalarını çoxaltmağa başlayıb. Əslində, bu ölkədə bir neçə ildir ki, anti-Rusiya siyasəti aparılır və xüsusilə Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi həmin siyasəti sürətləndirdi. Düzdür, Ermənistanın əvvəlki hakimiyyəti bunun ağır nəticələr verəcəyini proqnozlaşdırırdı, ancaq Sarqsyan rejimi getdikdən sonra bu vəziyyət daha çox nəzərə çarpmağa başlayıb. Məsələn, erməni KİV-lərində Rusiyaya qarşı kifayət qədər mənfi informasiyalar verlir, analitik yazılar dərc edilir və əlbəttə ki, bütün bunlar “Şimal ayısının” xoşuna getmir. Təkcə baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə etdiyi zənglərinin demək olar ki, rədd cavabları ilə nəticələnməsi də bu faktoru ehtiva etməkdədir.

Bu arada Rusiyada yaşayan və bu ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən ermənilər də uzun illər yedikləri qazanlarına sözün əsl mənasında tüpürməyə başlayıblar. SİA-nın məlumatına görə, armenianreport yazır ki, Rusiya və sovet kinorejissoru Karen Şaxnazarov Kremlə öz düşüncələrinə yenidən baxmağa, formalaşdırmağa çağırıb. “Rusiyanın müəyyən etməsi vaxtıdır ki, o imperiyadır yoxsa boruları yerləşdirib və məhsullarını satan ticari müəssisədir”, bəyanatla çıxış edən erməni kinorejissor həmin sualını verməklə, əslində bir daha gerçək erməni xəyanətkarlığını, xislətini ortaya qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə