Fahreddin Koca Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev zəng edib

Fahreddin Koca Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev zəng edib

Türkiyənin Səhiyyə naziri Fahreddin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub. SİA-nın məlumatına görə, bu barədə F. Koca “Twitter” hesabında məlumat verib.

Danışıqlar zamanı türkiyəli nazir Ermənistanın insanlıqdan kənar hücumu nəticəsində ölənlərə görə azərbaycanlı həmkarına başsağlığı verib:

“Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə