Ermənistan indi də “dqr”lə hərbi-siyasi alyans yaradır? Sərsəm iddia

Ermənilər işğalçılıq və təcavüzkarlıq siyasətləri faktına son qoymaq və Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımaq, sentyabrın 27-dən başlayaraq aldıqları ağır və sarsıdıcı zərbələrdən canlarını qurtarmaq əvəzinə, daha da aqressivləşir, heç bir konvensiya və qətnamələri hesaba almadan özlərinin təxribatçı, cinayətkar siyasətlərini davam etdirirlər. SİA xəbər verir ki, ermənilərin tert.am saytı Ermənistan parlamentinin “Mənim addımım” hakim fraksiyasının deputatı Lilit Makuntsun Facebook sosial şəbəkəsində yazdığı statusunu ictimailəşdirib. Statusda yazılıb ki, Ermənistanla “artsax” (Qarabağın-red.) arasında hərbi-siyasi alyansın əldə olunması ətrafında yekun müzakirələr aparılır.

“Bizim mümkün və adekvat addımlarımız Yaranmış situasiyada, xüsusilə baş verən hadisələrlə paralel olaraq “artsaxla” hərbi-siyasi alyans yaratmağımıza şərait yaradır”, yazan erməni deputatı bununla bir daha sübut edir ki, onlar hələ də öz çirkin siyasətlərində qalmaqda davam edirlər və söz yox ki, bütün bu kimi hərbi-siyasi məqsədli cinayətlərinə görə ağır cavablarını almaqda davam edəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə