ASRP Ermənistanın təxribatına dair bəyanat yayıb

Azərbaycan Sosial Rifah Partiyası Ermənistan silahlı qüvvələrinin təxribatına dair bəyanat yayıb. Bu barədə SİA-ya sözügedən partiyanın sədri Əsli Kazımova məlumat verib.

Bəyanatda deyilir:
“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində Azərbaycanın mülki yaşayış obyektləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutulmuşdur. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində, mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var. Yaralanlar arasında az yaşlı uşaqlar və yaşlılar var.
Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ermənilərin Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı dəfələrlə dünya ictimaiyyətini məlumatlandırdı və BMT-nin tribunasından belə gərəkli xəbərdarlığı etdi. Amma dünya ictimaiyyəti səssizliyi sürdürməyə davam etdiyi üçün, regionda təhlükəsziliyin təmin olunması, beynəlxalq hüquqa və BMT-nin Təhlüksəzilik Şurasının bütün maddələrinə zidd olan erməni terroru ilə mübarizə aparmaq missiyasını öz üzərində götürmüşdür.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi, Ermənistanı diz çökdürməyə və işğaldan əl çəkməyə sövq edəcəkdir. Ali Baş komandanın apardığı çox düzgün daxili və xarici siyasi manevrlər sayəsində, Güclü ordu və mütəşəkkil beynəlxalq hərbi əməliyyatlar sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcəkdir.

Bu gün İlham Əliyev kimi uzaqgörən və qətiyyətli siyasi ambisiyalara malik bir dövlət başçısı ilə Azərbaycanın ikili standartları sərgiləyən beynəlxalq təşkilatlara ethiyacı yoxdur. Ali Baş komandanın aldığı bütün qərarlar, addığı bütün addımlar Azərbaycanın sabitliyi, rifahı və uğurlu gələcyi üçün atılmış addımlardır.

Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirlərinin Azərbaycan Sosial Rifah Partiyasının bütün heyyəti yekdilliklə dəstəkləyir və Onun yanında olduğunu bildirir!

Düşmənin bütün dünyada vüsət alan Covid-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə, dəfələrlə təxribata yol açaraq, beynəlxalq hüquqa zidd olaraq apardığı acımasız həmlələrlə qarşılaşdığımız zamanda ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və həmrəyliyə səsləyirəm!
Bütün informasiya portallarını, xəbər və mediya nümayəndələrini Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə çağırıram!

Beynəlxalq ictimaiyyəti isə ikilistandartlardan imtina etməyə, Cənubi Qafqazda beynəlxalq hüquqa zidd olaraq, işğala, terrora, ədalətsilziyə, separatçılığa son vermək adına gərəkli addımları atmağa çağırıram!

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə