İranın sabiq xarici işlər naziri Mənuçöhr Möttəki 2010-cu ilin payızında Dağlıq Qarabağa gizli səfər edib. SİA-nın "Panarmenian.net"-ə istinadən verdiyi məlumata görə, Möttəki hələ 2010-cu ildə İran XİN-i kimi Dağlıq Qarabağa və İranla sərhəd rayonlara baş çəkib. Onun bu səfərinin tanışlıq xarakteri daşıdığı bildirilib.
Qeyd edək ki, Möttəki 2010-cu ilin dekabrın 13-də İran prezidenti Mahmud Əhmədinejadın fərmanı ilə istefaya göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB