Neftin qiyməti dünənə nisbətən kəskin ucuzlaşıb

Neftin qiyməti dünənə nisbətən kəskin ucuzlaşıb

Neftin qiymətində kəskin ucuzlaşma baş verib. Belə ki, mayın 11-dəki qiymətlərlə bu günkü qiymətlər kəskin fərqlənir. Buna səbəb isə neft ehtiyatlarının gözləniləndən çox olmasıdır. Birjalarda isə əksinə benzinin qiymətində proqnozlaşdırılandan daha çox qiymət artımı müşahidə olunur.

Belə ki, bu günə olan qiymətləri nəzərinizə çatdırırıq. SİA-nın məlumatına görə Nyu-Yorkun NYMEX birjasında bu gün Light Sweet Crude Oil markalı neftin qiyməti 5,67 dollar və ya 5,5 % dollar ucuzlaşaraq 98,21 dollar olub. ICE birjasında isə Brent markalı neftin qiyməti 5,06 dollar və ya 4,3% düşərək 112,57 dollar olub. WTI markalı neftin qiymətində də geriləmə müşahidə olunur. Belə ki, WTI markalı neftin bir bareli 99,57 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə