Atəşkəs yenidən pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 11-də saat 10.05-dən 10.10-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.55-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə