ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib

ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib

ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiu bu gün Azərbaycana səfərə gəlib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq hava limanında qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

 

Petros Eftimiu Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə