Türkiyənin Baş prokuroru Ermənistan təxribatları ilə bağlı məktub yazıb

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə məktub göndərib. SİA Anadolu agentliyinə istinadən xəbər verir ki, Bekir Şahin məktubda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasından dərin narahatlığını ifadə edib.

O, Türkiyə ilə bir millət, iki dövlət olan Azərbaycana qarşı işğalçı Ermənistanın terror hücumunu sərt şəkildə qınayıb. B.Şahin şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə