"Əl-Qaidə" liderinin məhv edilməsi üzrə əməliyyatın Pakistan ərazisində keçirilməsi ilə bağlı ABŞ-la razılığa gəlməyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf deyib. O, qeyd edib ki, bu haqda yazılan xəbərlər heç bir həqiqəti əks etdirmir. Eyni zamanda Pakistanın keçmiş prezidentinin köməkçisi Fatri Çaudri də deyilənlərin yalan olduğunu bildirib: "İki dövlətin hakimiyyəti arasında nə yazılı, nə də şifahi razılaşma olmayıb"
Qeyd edək ki, Britaniyanın "Guardian" qəzeti ABŞ və Pakistan hökumətində rəsmi mənbələrə istinadən xəbər verib ki, 2001-ci ildə kiçik Corc Buşla Pərviz Müşərrəf arasında Usamə bin Ladenin məhv edilməsi barədə razılaşma olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB