"Ordumuz tərəfindən layiqli cavab tədbirləri həyata keçirilir" - Hikmət Hacıyev
"Ermənistan silahlı qüvvələri öz acizliklərini və qorxaqlıqlarını göstərərək Azərbaycanın mülki obyetklərini hədəfə almağa cəhd edirlər və bu məqsədlə artilleriyadan istifadə edirlər. Bu, Ermənistanın xislətini göstərir ki, döyüş meydanında məğlub olduğu halda acizlik göstərək mülki əhalini atəşə tutur". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycan ordusu düşmənə layiqli cavab verir: "Ordumuz tərəfindən layiqli cavab tədbirləri həyata keçirilir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB