Ketrin Eşton: "Qəzzaya yardım gəmilərinin göndərilməsi yaxşı fikir deyil"
"İsrailin embarqo məsələsi ilə əlaqədar problemi həll etmək üçün Qəzzaya yardım gəmisi göndərməsi heç də yaxşı fikir deyil". Bu sözləri Avropa İttifaqının ali komissarı Ketrin Eşton Avropa Parlamentində açıqlaması zamanı deyib.
Yardım gəmilərinin heç bir məsələnin həllinə kömək etməyəcəyini deyən Eşton onu da qeyd edib ki, Aİ-nin Həmas mövzusundakı düşüncələri dəyişməyib. Ali komissar gəmilərdə 2 parlament nümayəndəsinin olacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, iyunda yola çıxacaq 20 gəmidə, parlament nümayəndələri ilə yanaşı, 60 ölkədən 50 nəfər Qəzzaya yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB