Azərbaycan Prezidenti bir sıra rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA məlumatı Prezidentin rəsmi saytına istinadən yayıb.
Sərəncamda qeyd olunur ki, Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 (iki) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB