BDM ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Xızıda tədbir keçirib - FOTO
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xızı Rayon İcra Hakimiyyəti ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Xızı rayonunda tədbir keçirib. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir ümummilli liderin abidəsi önünə əklil qoyularaq başlayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə açılış nitqi söyləyərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, ölkəmizdə bu gün vüsət alan quruculuq işlərinin təməlinin məhz onun tərəfindən qoyulduğunu və hal-hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.
Daha sonra bayram tədbirində BDM sədrinin birinci müavini, professor Vaqif Arzumanlı, BDM-in sədr müavini, akademik Vəli Əliyev, Milli QHT Forumunun Prezidenti Rauf Zeyni, Türkiyədəki diasporumuzun fəallarından olan Zəfər Çağatay və digərləri öz çıxışlarında Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin böyük ömür yolundan danışaraq xalqımıın hər zaman onu dərin hörmət və məhəbbətlə anacağını bildiriblər.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə BDM-in Koordinasiya Şurasının üzvü Elmar Əkbərov, Ukraynadakı diasporumuzun fəalları Həsənəliyev Cəfər, Əsədov Əsəd, Rusiyadakı diasporumuzdan Tumasov Həmid və çoxlu sayda BDM fəalları iştirak edib.
Tədbirin sonunda incəsənət xadimlərinin iştirakı ilə bayram konserti olmuşdur. BDM sədri İsmayıl Ağayev diaspor fəallarımızla birgə H. Əliyev muzeyini ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB