Gülay Quliyeva: "Düşmənlə mübarizə aparmağa hazırıq!" RƏY

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi" olaraq, daim Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və Onun apardığı qətiyyətli, qələbəyə hesablanmış siyasətini bundan sonra da dəstəkləməyə davam edəcəyik". Bu fikirləri SİA-ya İctimai Birliyin sədri Gülay Quliyeva dövlət başçısının Qarabağda erməni təxribatlarına cavab olaraq, işğal altındakı ərazilərimizin düşmən tapdağından azad olacağı ilə bağlı xalqa etdiyi müraciətini şərh edərkən deyib.

Onun sözlərinə görə, "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi Vətənin müdafiəsinə daim hazırdır və heç bir tərəddüd etmədən Ali Baş Komandanın əmrini gözləyir: "Bu, bizim şərəf məsələmizdir və qadın, yaxud zərif cinsin nümayəndəsi olmağımıza baxmayaraq düşmənlə üz-üzə gələrək, onunla mübarizə aparmağa hazırıq. Çünki burada söhbət torpaqlarımızın azadlığından gedir və Vətənini, dövlətini sevən, onun uğrunda hər an canını fəda edən vətəndaş olaraq bu fikirlərimizi bəyan edirik. Əminik və inanırıq ki, müqəddəs bayrağımız işğaldan tezliklə azad olunan və bundan sonra da olunacaq bütün ərazilərimizdə dalğalanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə