"Düşmənin başını əzmək, torpaqlarımızı azad etmək zamanıdır" Əli Əhmədov

"Düşmən növbəti təxribatını törətdi. Azərbaycanın mülki əhalisi və yaşayış məntəqələri erməni yaraqlıları tərəfindən atəşə tutulur. Dünyada sülhün keşiyində duran və yardılmasının 75 illiyi qeyd edilən BMT-nin yubiley Baş Assambleyasının keçirildiyi bir zamanda Ermənistan müharibə təxribatına əl atır. Bu, bütün dünyaya meydan oxumaq deməkdir. Bütün dünyada sülhə xəyanətdir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman ƏSGƏRLƏRİMİZ düşmənə ağır və sarsıdıcı zərbələr endirir. Düşmənin başını əzmək, torpaqlarımızı azad etmək zamanıdır. İgidlərimiz bunu bacarır və edəcək. Qələbəni gözləyirik". SİA-nın verdiyi məlumata görə, bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun özünün rəsmi facebook səhifəsində paylaşımında yer alıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...