Azərbaycan Turizm İnstitutunun nümayəndəsi “Yeni onilliyin qlobal riskləri” mövzusunda IV Astana iqtisadi forumunda məruzə ilə çıxış edib

Azərbaycan Turizm İnstitutunun nümayəndəsi “Yeni onilliyin qlobal riskləri” mövzusunda IV Astana iqtisadi forumunda məruzə ilə çıxış edib
Qazaxıstanın paytaxtında "Yeni onilliyin qlobal riskləri" mövzusunda IV Astana iqtisadi forumu keçirilib. SİA-nın AzərTAc saytına istinadən verdiyi xəbərə görə, beynəlxalq tədbirdə Azərbaycan Turizm İnstitutunun (ATİ) nümayəndəsi Aytən Axundova "Böyük İpək Yolu" məqaləsini təqdim edib. Məqalədə Qədim İpək yolu üstündə yerləşən ölkələrin iqtisadi və mədəni sahələri üzrə birliyinə nail olmaq üçün bu qədim turizm marşrutunun bərpa edilməsini məqsədəuyğun sayıb.

Dünyanın 80-dən çox ölkəsinin, o cümlədən MDB, Qərbi Avropa və ABŞ dövlət strukturlarının, nüfuzlu ali təhsil müəssisələrinin, turizm şirkətlərinin, otel və mehmanxana şəbəkələrinin nümayəndələrinin iştirak etdikləri forumun məqsədi "Müasir dövrdə turizmin iqtisadi əhəmiyyəti" mövzusu ətrafında geniş müzakirələr aparmaq idi. Bu sahə üzrə mövcud bilikləri dərinləşdirmək, iri turizm və mehmanxana şəbəkələrini əməkdaşlığa cəlb etmək, potensial müştərilər tapmaq, Qazaxıstanda turizm sənayesinin gələcək inkişafı üçün səmərəli yollar işləyib hazırlamaq da forumun diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə