Seulda VII Ümumdünya İnformasiya və Kommunikasiya Sammiti işə başlayıb

Seulda VII Ümumdünya İnformasiya və Kommunikasiya Sammiti işə başlayıb
Bu gün Koreya Respublikasının paytaxtı Seul şəhərində VII Ümumdünya İnformasiya və Kommunikasiya Sammiti işə başlayıb. SİA AzərTAc saytına istinadən verdiyi xəbərə görə, "Ağıllı cəmiyyət və mobil inqilab" şüarı altında keçirilən builki sammitdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.
Tədbirdə telekommunikasiya və müasir texnologiyalar, eləcə də rəqəmli mühitdə yeni imkanlar barədə müzakirələr aparılacaq. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri təcrübə və fikir mübadiləsi aparacaqlar.

E.Vəlizadə tədbirdə Azərbaycanda informasiya texnologiyalarının inkişafı haqqında təqdimatla çıxış edəcək. Sammitə gələn qonaqlar, həmçinin Koreya Respublikasının informasiya texnologiyaları sahəsinin ən iri tədbiri olan "World IT Show 2011" sərgisinin ekspozisiyası ilə tanış olacaqlar. Builki sərgidə simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, simsiz LAN-texnologiyaları nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə