"Sosial xidmət haqqında" qanun layihəsi Azərbaycan Parlamentinin müzakirəsinə verilib
Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsi çərşənbə günü parlamentin plenar iclasında "Sosial xidmət haqqında" qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib. SİA-nın Trend-ə istinadən verdiyi xəbərə görə, iclasda komitə sədri Hadı Rəcəbli deyib ki, bu qanun layihəsi yerli QHT-lərlə müzakirələrin yekunları üzrə hazırlanıb.
Yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə evlər) müəyyənləşdiriləcək. Azərbaycanın sosial xidmətinin qanunvericilik əsası yaradıldıqdan sonra sosial işçilərin statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək. Sosial işçilər öz fəaliyyətlərini ictimai başlanğıcda həyata keçirməyəcəklər, onlar öz işlərinə görə dövlətdən əməkhaqqı alacaqlar. Rəcəbli onu da bildirib ki, birinci oxunuşda qanun qəbul edildikdən sonra cəmiyyətdə onun müzakirəsi davam edəcək.
Parlamentin komitəsi Milli Məclisə ölkənin Əmək Məcəlləsinə dəyişiklikləri də təqdim edib. Dəyişikliklərə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən qurumların işçilərinin pensiya yaşı 65 yaşında müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB