“Ermənistan hakimiyyəti mitinqə mane olmağa çalışır” Arsen Babayan

Ermənistan hakimiyyəti 8 oktyabrda keçiriləcək ümummilli müxalifət mitinqinə mane olmağa çalışır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu müxalif “Rodina” partiyasının məclis üzvü Arsen Babayan aysor.am-a verdiyi açıqlamasında söyləyib.

Qeyd edək ki, bu anda İrəvan birinci instansiya məhkəməsi Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin “Çiçəklənən Ermənistan” müxalifət partiyasının sədri Qaqik Sarukyanın həbs olunması barədə vəsatətinə baxır.
“Əminəm ki, səlahiyyətlilər Tsarukyanı həbs etmək qərarına gəlsələr, mitinq daha güclü olacaq. Hakimiyyət müxalifətin özləri kimi qeyri-mütəşəkkil olduğunu düşünürsə, yanılır”, deyə Babayan bəyan edib.

Xatırladaq ki, Ermənistanın üç müxalifət partiyası "Çiçəklənən Ermənistan", "Daşnaktsutyun" və "Rodina" 8 oktyabr tarixində ümumxalq mitinqi təyin edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə