Yunanıstanda növbəti tətil dalğası

Yunanıstanda növbəti tətil dalğası

Yunanıstanda bu gün 24 saatlıq ümumi tətil elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Həmkarlar ittifaqları hökumətin tətbiq etdiyi sərt iqtisadi islahatlara etiraz edir. Tətildə xəstəxana, məktəb, şəhər nəqliyyatı, hava limanları və ticarət mərkəzlərinin işçiləri iştirak edirlər.

 

Qeyd edək ki, Yunanıstan ötən il adıçəkilən təşkilatlardan 158 milyard dollar həcmində maliyyə yardımı əldə edib. Yunanıstan bu pulu kredit şəklində hissə-hissə alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə