Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yeni hərbi hissəsinə baxış keçirilib
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Sanqaçal Mülki Müdafiə Alayına baxış keçirilib.
SİA-nın Trend-ə istinadən verdiyi məlumata görə, mərasimdə çıxışı zamanı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, bu gün Mülki Müdafiə Qoşunları ölkədə baş verə biləcək təbii texnogen qəzalara operativ reaksiya verən qurumdur.
"Mülki Müdafiə Qoşunlarının şəraiti yaxşı olmalı və müasir tələblərə cavab verməlidir ki, onlar qəzaların qarşısının alınmasında yaxşı iştirak edə bilsinlər", - Heydərov deyib.
Nazir hesab edir ki, Mülki Müdafiə Qoşunlarının şəraitinin yaxşılaşdırılması vacib məsələdir və bu məsələ tədricən öz həllini tapmaqdadır.
Mərasimdə Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rafael Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB