Amerika Pediatriya Akademiyası xüsusilə uşaqlar üçün təhlükəli ola biləcək 30 yeməyin adını açıqlayıb. SİA-nın xəbərinə görə, bunlardan ən birincisi sosiskadır. Akademiya 10 yaşından kiçik olan uşaqlardakı boğulma hadisələrinin yüzdə 17%-nin sosiskadan qaynaqlandığını söyləyir. Akademiyanın açıqladığı 30 yeməyin sırasında Fugu balığı da var. Belə ki, kağız qədər incə dilimlər halında satılan fugu balığında tetrodoksin adlı maddənin olduqca zəhərli bir təsiri var. Bu balığı bişirən aşbazlar xüsusi təhsil alırlar.
Təhlükəli olan yeməklər sırasına fısdıq, ton balığı, qəhvə, göbələk, kartof qızartması, hamburger, spirtli içkilər, üzüm və digər məhsullar daxildir.
Təhlükəli olan yeməklər sırasına fısdıq, ton balığı, qəhvə, göbələk, kartof qızartması, hamburger, spirtli içkilər, üzüm və digər məhsullar daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB