Türkiyənin Ərzurum şəhərində dövlət naziri Faruk Nafiz Özak ilə sağlamlıq naziri Rəcəb Akdağın iştirakı ilə "Sağlamlıq Üçün Hərəkət et" yürüşü təşkil edilib. SİA-nın xəbərinə görə, nazir Recep Akdağ jurnalistlərə verdiyi açıqlamada 1998-ci ildən etibarən köklük nisbətinin artdığını və 22%-dən 32%-ə qədər qalxıdığını söyləyib.
Ərzurumun köklüyün ən az artdığı regionlar sırasında olduğunu deyən Akdağ ərzurumlular və Türkiyə üçün tədbirlər görməyə davam edəcəklərini söyləyib. Akdağ bir jurnalistin "Ərzurumun köklüyün ən az artdığı regionlar arasında iştirak etməsini nəyə bağlayırsınız?" sualına cavabında "Demək ki, onlar nisbətən qidalanmalarına diqqət yetiriblər. Bizim mədəniyyətimizdə belə bir şey var; acmadan süfrəyə oturmayacaqsan, doymadan isə qalxacaqsan. Onlar hərəkətetmə məsələsində də daha yaxşıdırlar",- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB