Misirin keçmiş prezidenti Hüsnü Mübarək Şarm-əş-Şeyx xəstəxanasında Baş Prokurorluğun müstəntiqlərinə ifadə verərkən huşunu itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ifadə verərkən H. Mübarək çox həyəcanlı və əsəbi vəziyyətdə olub, daha sonra qəflətən halı pisləşib. Həkimlər yarım saat ərzində onu özünə gətiriblər.
H. Mübarəkin ittihamları qəti şəkildə rədd etdiyi dindirilmədən sonra onun həbs müddəti daha 15 gün uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB