Millət vəkili Zahid Oruc: “Gürcüstanın regionda yürütdüyü siyasətdən razı deyiləm” - MÖVQE
"Mən Gürcüstanın Azərbaycanla bağlı dövlət siyasətində atdığı addımların Azərbaycanın atdığı addımlara adekvat olmadığını qeyd edirəm. Onun regionda yürütdüyü siyasətdən də razı deyiləm". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc açıqlamasında deyib. Millət vəkili birmənalı şəkildə Azərbaycanın Gürcüstana müttəfiqlik çərçivəsində atdığı addımlar fonunda Gürcüstanın ölkəmizlə bağlı atdığı addımları qənaətbəxş saymadığını bildirib. Onun sözlərinə görə, Gürcüstanın hazırki dövlət siyasəti istər orada yaşayan azərbaycanlılara münasibətdə, istərsə də ölkəmizin yürütdüyü xətti tamamlamaq mənasında yerində deyil.
"O ki qaldı Gürcüstan iqtidarı ilə ABŞ-ın Azərbaycandakı səfiri ilə birgə ölkəmizdə çevriliş etmək niyyətinə, mən Gürcüstanı bu rakursda tənqid etmək mövqeyindən hələ ki, daşınıram. Əmin olsunlar ki, ən azı 7-8 parametrdə onların dövlət siyasətinin təhlili fonunda kəskin ittihamlarım və tənqidlərim mövcuddur. Düşünürəm ki, Gürcüstanın siyasi elitasında, hətta idarəetmə kursunda yer alan şəxslərin Azərbaycanda hakimiyyət uğrunda mübarizədə iştirak etməsi ehtimalları nə qədər realdırsa, onu gerçək şəkildə həyata keçirmək və nəticə almaq da bir o qədər çətin və qeyri- mümkündür. Çünki bu dövləti səfir təmsilçisi, kiçik qruplar çevirə bilərsə, o zaman o dövrdən gələn Azərbaycanın quruculuğuna şübhə etmiş olarıq", - deyə millət vəkili qeyd edib.
Z.Orucun fikrincə, Azərbaycanın daxili həyatında iştirak etmək, burada rol olmaq istəyən nə qədər dairələr varsa,vurğulanmalıdır ki, bir o qədər də Azərbaycan xarici təsirlərə qarşı dayanıqlıq formalaşdırıb. O vurğulayıb ki, əgər hansısa Qərb, Avropa, Şərq layihəsi altında Gürcüstanda da hansısa inhisarlar bu prosesə qatılmaq istəyirlərsə, bu çox səhvdir və Gürcüstan Azərbaycan münasibətlərinə də çox mənfi təsir göstərə bilər: "Amma bunu Gürcüstan Azərbaycan münasibətlərinin korlanması üçün Rusiyanın məxfi orqanlarının oyunu sayımıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB