Əli Laricani Əhmədinejadın hökumətini tənqid edib

Əli Laricani Əhmədinejadın hökumətini tənqid edib

İranın Nazirlər Kabinetinin qərarı ilə ölkədə nazirliklərin sayı 21-dən 17-ə qədər azaldılması qərarı birmənalı qarşılanmayıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Parlamentin spikeri Əli Laricani bildirib ki, Konstitusiyaya əsasən, nazirliklərin sayının azaldılması məqsədilə onların birləşmədirilməsini parlament təsdiq etməli, yeni yaradılmış nazirliklərə nazirlərin seçilməsinə isə parlamentdə səs verilməlidir. Laricani Əhmədinejadın hökumətini tənqid edib və bildirib ki, nə üçün parlamentin təsdiqi olmadan Nazirlər Kabineti nazirliklərin birləşdirilməsi haqqında qərar qəbul edib və onun icrası üçün göstəriş verib.

 

Qeyd edək ki, İranın Nazirlər Kabinetinin qərarı ilə ölkədə nazirliklərin sayı 21-dən 17-ə qədər azaldılıb. Nazirlər Kabinetinin qərarı ilə İranın Məskən və Şəhərsalma Nazirliyi ilə Yol və Nəqliyyat Nazirliyi, Sənaye Nazirliyi ilə Ticarət Nazirliyi, Neft Nazirliyi ilə Enerji Nazirliyi və Sosial Müdafiə Nazirliyi ilə İş Nazirliyi birləşdirilib və 4 yeni nazirlik yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə yeni nazirliklərin səlahiyyətləri və strukturu yaxın günlərdə müəyyənləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə