"Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur, bu, sirr deyil". SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. O, Ombudsman Aparatı əməkdaşlarının məhkəmə proseslərinə çıxmaması məsələsinə də toxunub: "Heç kimə sübut etmək olmaz ki, məhz nəyə görə filankəsin məhkəmə işinə çıxdım, amma sizin işinizə çıxmadım. Ona görə də bu münasibətlər tarazlaşdırılmalıdır. Ancaq bununla yanaşı, demək olmaz ki, biz məhkəmələrlə işləmirik. Qanuna uyğun olaraq, əgər süründürməçiliyə yol verilirsə, qərarlarla bağlı şikayətlər varsa, biz mütləq şəkildə müraciət edirik və vəziyyəti araşdırmağı, ədalətli, qanun çərçivəsində qərar qəbul etməyi xahiş edirik. Ombudsmanın vəzifəsi budur. Əgər kimsə gözləyirsə ki, məhkəmənin, polisin, ya da başqa qurumun vəzifələrini əvəz edək, bu, düzgün deyil".
Bloggerlərin həbsinə gəlincə Ombudsman bu istiqamətdə addımların atıldığını bildirib: "Mənim özümün müraciətim olub ən yüksək səviyyələrdə ki, hər bir şey gərək qanun çərçivəsində olsun. Yəni nə jurnalistə basqı olmasın, nə də jurnalist basqı etməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB