Nar Mobile “Heydər Əliyev” zirvəsində - FOTO

Nar Mobile “Heydər Əliyev” zirvəsində - FOTO

May ayının 7-9 tarixlərində Nar Mobile-ın kommunikasiya dəstəyi, Aktiv Media şirkətinin təşkilatçılığı ilə bir qrup jurnalist və şirkət nümayəndələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən (3751m.) "Heydər Əliyev" zirvəsinə yürüşdə iştirak ediblər. SİA-nın xəbərinə görə, ümumilikdə 7 nəfər olmaqla, "Heydər Əliyev" zirvəsinə çıxanlar arasında Nar Mobile əməkdaşları, Nurgün Group şirkətinin əməkdaşları, jurnalistlər və təcrübəli bələdçi iştirak edib.

Təşkil edilmiş yürüşün məqsədi jurnalistlər tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək idi. "Ümummilli lider Heydər Əliyevin 88 illiyi ilə əlaqədar təşkil olunmuş yürüşə dəstək olmağımıza çox şadıq. Azərbaycanda İKT sektorunun sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu sahədə mobil rabitə aparıcı rola malikdir. Bizim üçün çox xoşdur ki, yürüş iştirakçıları səfər müddətində məhz Nar Mobile şəbəkəsindən istifadə edərək öz yaxınları ilə dəfələrlə rabitə əlaqəsi yaradaraq şəbəkəmizin yüksək keyfiyyətli olmasının şahidi olmuşlar" – deyə Azerfon şirkətinin Baş İcraçı Direktrou Yurgen Pitz bildirib.

Qeyd edək ki, Böyük Qafqazın yüksək dağ silsilələrindən olan "Heydər Əliyev" zirvəsinin hündürlüyü 3751 metrdir. Xatırladaq ki, sözügedən zirvə ilk dəfə 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin 75 illiyi münasibətilə fəth olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə