Küveytin nüfuzlu “Əl-Ray” qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub

Küveytin nüfuzlu “Əl-Ray” qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Küveytin ən böyük mətbu orqanı hesab edilən "Əl-Ray" qəzetinin 10 may tarixli sayında səfir T. Rzayevin geniş məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən SİA-ya verilən xəbərə görə, məqalədə ümummilli liderin nəsillərə örnək olan zəngin həyat yolu, və fəaliyyəti, müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub-saxlanması, Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısının alınmasında oynadığı mühüm rolu, həmçinin uğurlu neft strategiyası geniş şəkildə işıqlandırılıb.

Yazıda ümummilli lider tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilib.

Məqalədə Azərbaycanın İslam və ərəb dövlətlərilə münasibətləri, həmin əlaqələrin qurulması və inkişafında ümummilli liderimizin böyük rolu xüsusilə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə