Əli Həsənov: “Beynəlxalq təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirirlər”
"May ayında əfv fərmanının imzalanması nəzərdə tutulmur". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, bunun üçün Əfv Komissiyasının iclası keçirilməlidir: "Komissiya toplanmalı, müəyyən siyahı hazırlanmalı və cənab prezidentə məruzə üçün müəyyən işlər görülməlidir. Amma mən bu fəaliyyətlə tanış deyiləm". Jurnalist həbsi məsələsinə münasibət bildirən Əli Həsənov qeyd edib ki, hazırda Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist yoxdur: "Belələri əvvəllər olub. Ancaq onların da əksəriyyəti əfv olunub. Azərbaycanda bu gün azad düşüncə, azad fikir, azad praktika mövcuddur. Bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. Eynulla Fətullayevin həbsinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Əgər onun jurnalistlik fəaliyyətinə görə həbsdə olduğu düşünülürsə, bu, tamamilə səhvdir".
Şöbə müdiri eyni zamanda vurğulayıb ki, medianın təsis olunması, media və jurnalist fəaliyyəti üçün heç bir yasaqlayıcı, qadağanedici qanunun, mexanizmin olmadığı Azərbaycan kimi bir ölkədə media azadlıqlarının pozulması fikrini səsləndirmək qətiyyən doğru ola bilməz: "Bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına sadəcə təəccüblənirəm. Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB