Artur Vanetsyan: “Paşinyan geriyədönməz deqradasiyaya uğrayıb” İTTİHAM

“Belə görünür ki, Paşinyanın heç bir bəyanatı və fəaliyyəti artıq bizi təəccübləndirməyə bilməz”. SİA erməni KİV-nə istinadən xəbər xəbər verir ki, bu sözləri Ermənistanın “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq sədri Artur Vanetsyan baş nazir Nikol Paşinyanın bugünlərdə səsləndirdiyi fikrinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, baş nazirin fikri yüksək çinli dövlət adamının geriyədönməz deqradasiyasını sübut edir və bu, özünü bütün tərəflərdən göstərir. Partiya sədri əlavə edib ki, hökumətin başçısı öz davranışı ilə dövlətçiliyi elə səviyyəyə qədər endirməyə çalışır ki, artıq bu məsələ dövlətçiliyin qalıb-qalmaması sualını ortaya qoyur.

“Biz əminmiyik ki, Paşinyan beynəlxalq münasibətlər məsələsində bu qədər aşağı səviyyəyə düşməyəcək? Əminmiyik ki, həmin səviyyə təhlükəsizliyimizə də xələl gətirməyəcək?”, sualını edən Vanetsyan onu da qeyd edib ki, yeni hökumətin formalaşdırılması tarixi imperativə çevrilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə