Xəzər rayonunda abituriyentlərlə görüş keçirilib FOTOLAR

Xəzər rayonunda abituriyentlərlə görüş keçirilib FOTOLAR

Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə bu il ali təhsil müəssisələrinə keçirilən imtahanlarda Xəzər rayonu üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu il tələbə adını qazanan məzunları böyük uğur münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri ilə respublikamızda çox böyük işlər görülür, dərin islahatlar aparılır.

Deputatlar Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov tədbirdə çıxış edərək rayonun tələbə adını qazanan bütün orta məktəblərinin məzunlarını böyük uğur münasibətilə ürəkdən təbrik ediblər. Bildiriblər ki, onların tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır.

Görüşdə tələbə adını qazanmış gənclər də çıxış ediblər. Onlar yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə