Halbuki ictimaiyyət ciddi iqtisadi çağırışlar qarşısında dayanıb, ancaq dövlət bütün vətəndaşların problemlərinin həll edə bilmədiyini bəyan edir
Ermənistanda Nikol Paşinyanın və ailəsinin dövlət büdcəsini öz şəxsi əmlakları kimi istifadə etmələri barədə yüzlərlə faktlar var. Belə faktlardan bir neçəsi erməni baş nazirinin arvadı Anna Akopyanın hətta ölkədaxili səfərlərini təyyarə və helikopterlərlə etməsi, eyni zamanda, övladlarının bahalı əyləncə mərkəzlərində istirahət etmələri, xarici səfərlərdə valyutaları sağa-sola xərcləmələri və s. məsələlərdir. Bu kimi faktlar demək olar ki, günaşırı olaraq erməni KİV-lərində işıalandırılır, informasiyalar yayılır.
Ancaq bugünlərdə daha bir qıcıqlandırıcı fakt erməni ictimaiyyətinin kəskin hiddətinə səbəb olub. SİA xəbər verir ki, politik.am saytının yazdığına görə, Nikol Paşinyan irimiqyaslı xərcləri sərf etməkdə davam edir. Halbuki ictimaiyyət ciddi iqtisadi çağırışlar qarşısında dayanıb, ancaq dövlət bütün vətəndaşların problemlərinin həll edə bilmədiyini bəyan edir.
Hökumət başçısı üçün ayrılmış avialaynerin yeni görüntüsü üçün dövlət büdcəsindən 210 000 avro (250 000 ABŞ dolları) xərclənib
SİTAT: “News.am agentliyinin çıxardığı nəticəsinə görə, hökumət üçün ayrılmış avialaynerin yeni görüntüsü üçün dövlət büdcəsindən 210 000 avro (250 000 ABŞ dolları) xərclənib. Söhbət təyyarədə yalnız simvollardan: bayraqdan, gerbdən, qeydiyyat nişanlarından gedir. Hökumət laynerini avqust ayında çexlərin nternational Aerospace Coatings (IAC) şirkəti rəngləyib. Bu şirkət şəxsi və hökumət təyyarələrinə xidmət göstərmək üçün dünya üzrə fəaliyyət göstərən ən aparıcı şirkətdir”.
Erməni KİV-i açıq sistem şəbəkəsi mənbələrindən sözügedən məsələni aydınlaşdırmağa və həqiqətənmi bu qədər böyük məbləğin hökumət təyyarəsinin rənglənməsinə xərcləndiyini öyrənməyə çalışıb. Mənbələrin qeyd etdiklərinə görə, 71 metr uzunluğunda olan Boeing 747 laynerinin rənglənməsi üçün 100-200 min dollar lazımdır.
Həmin iş maksimum 70 min dollara başa gələ bilərdi
Başqa tərəfdən, qiymət həm də avialaynerin dizaynından və seçilən rəngdən asılıdır. Əgər ən bahalı rəng seçilərsə və dizayn çətinlik yaradarsa bu zaman 200 min dollar kifayət edir. SİTAT: “Xatırladaq ki, Nikol Paşinyana xidmət edən Airbus A319 avialayneri 34 metr uzunluğundadır. Onun uzunluğu Boening 747-dən iki dəfə azdır ki, bu da təyyarənin rənglənməsində də iki dəfə az xərc tutur. Əgər onu da nəzərə alarsaq ki, baş nazirə xidmət edən təyyarəyə azxərcli dizayn qərarı tətbiq edilibsə, onda nəticəyə gəlmək olar ki, həmin iş maksimum 70 min dollara başa gələ bilərdi”.
Erməni nəşri daha bir faktı ortaya çıxarıb ki, Rusiyanın Aeroflot şirkətinin dizaynı Paşinyanın təyyarəsinin dizaynına bənzəyir və rənglənmə də eynilik təşkil edir. Hansı ki, rusların təyyarəsi Paşinyanın təyyarəsindən 7 metr artıqdır və ona 2 800 000 rubl xərclənib – yəni 46 min dollar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB