Qurban Məmmədov məsələsi qardaşı Sərdar Cəlaloğlunu maraqlandırmır? İLGİNC

Qurban Məmmədov məsələsi qardaşı Sərdar Cəlaloğlunu maraqlandırmır? İLGİNC

ADP sədri: “Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var”

Britaniyada “siyasi mühacir” adı altında yaşayan və sosial şəbəkələrdə “Azer Freedom” adlı canlı yayımı vasitəsi ilə Azərbaycan vətəndaşlarını kütləvi itaətsizliyə çağıran, dövlətçilik əleyhinə çağırışlar edən, eləcə də İnterpol xətti ilə haqqında axtarış elan edilən Qurban Məmmədovun Türkiyədə saxlanılması xəbərinin ardınca onun qardaşı – ADP sədri Sərdar Cəlaloğlu bu məsələyə ilginc münasibət bildirib.

SİA xəbər verir ki, “Qurban Məmmədovun həbsi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Bu barədə heç maraqlanmıram”, deyən Cəlaloğlu qardaşının Türkiyədə saxlanılması xəbərini mediadan eşitdiyini söyləyib.

“Nəticəsini də əvvəlcədən bilirdi”

Lakin ADP sədrinin digər fikri də maraq doğurub. O, Qurban Məmmədovun uzunmüddətli planlarının olması ehtimalını irəli sürüb, ancaq həmin planların nədən ibarət olduğunu da deməyib: “İnterpol axtarışında olduğu halda Türkiyəyə gəlibsə, deməli, nəticəsini də əvvəlcədən bilirdi. Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var”.

Görünür, S.Cəlaloğlu “uzunmüddətli plan” deyərkən, qardaşının günahkar olmasına işarə edib. Daha dəqiq desək, hətta ADP sədri də Q.Məmmədovun cinayət tərkibli əməllərə rəvac verdiyini dolayısı ilə etiraf edib.

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ona qarşı AR CM-nin 12.1, 34.2, 220.2 (kültəvi itaətsizliyiə çağırış və vətəndaşlara qarşı zorakılıq) və 12.1, 34.2, 281.2 (dövlət əleyhinə açıq çağırışlar) maddələri əsasında cinayət işi elan edib. Müvafiq qərara əsasən, Nəsimi rayon məhkəməsi Qurban Məmmədova həbs qətimkan tədbiri seçib. O, İnterpol xətti ilə beynəlxalq axtarışdadır.

Son məlumata görə isə, Q.Məmmədovun oğlu atasının həbs xəbərinin doğru olmadığını sosial şəbəkə vasitəsi ilə bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə