Bin Ladenin öldürüldükdən sonra çəkilən şəkillərinə 2 nəfər baxacaq

Bin Ladenin öldürüldükdən sonra çəkilən şəkillərinə 2 nəfər baxacaq

"Əl Qaidə" təşkilatının lideri Üsamə bin Ladenin öldürüldükdən sonra çəkilən şəkillərinə baxış icazəsi verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Amerika şəkillərə 2 nəfər səlahiyyətlinin baxmasına razılıq verib.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Bin Ladenin şəkillərinə baxmaq üçün 2 senator təyin edilməsini istəyib. Senatın səlahiyyətli nümayəndəsi də açıqlaması zamanı bildirib ki, CİA şəkillərə baxmaq üçün senatın kəşfiyyat və silahlı qüvvələr komitələrindən 2 nəfərin göndərilməsini tələb edib.

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama "Əl Qaidə" tərəfindən təbliğat məqsədilə istifadə edilə biləcəyi ehtimalını nəzərə alaraq fotoşəkillərin ictimaiyyətə yayılmasını qadağan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə