Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatı

Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı

qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam

edir.

Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli

sürdüklərini bildirib.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7

prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını

Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada

bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə

tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər

azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi

təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.

Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə

qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır.

Danışıqların formatı dəyişə bilməz.

Ermənistan Dağlıq Qarabağın erməni icması ilə dialoq təklifimizi nəinki rədd edir,

hətta bizim mövcudluğumuzu belə inkar edir. Bu isə Ermənistanda dövlət

səviyyəsində aparılan Azərbaycanafobiya siyasətinin bariz nümunəsidir.

Azərbaycanın ən böyük güzəşti uzun illərdən bəri sülh danışıqlarında iştirak

etməsidir. Münaqişənin həlli yalnız və yalnız Ermənistan silahlı qüvvələrinin

Azərbaycanın Qarabağ bölgəsindən tam şəkildə çıxarılması və bütün məcburi

köçkünlərin öz yurdlarına geri qayıdışı ilə mümkündür.

Son vaxtlar Ermənistanın təxribatçı bəyanat və əməlləri onu göstərir ki, bu ölkənin

hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təcavüz aktı həyata keçirməyə

hazırlaşır. Lakin Azərbaycan ordusu 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda

olduğu kimi düşmənə layiqli cavab verəcəkdir.

Doğma Qarabağımız Ermənistan ordusu və onun yaratdığı oyuncaq rejimdən

təmizlənəcəkdir. Tarixi torpaqlarımızın işğalı müvəqqətidir və biz mütləq öz

torpaqlarımıza geri qayıdacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə