Aksiyaçılar yenə yolu bağladılar Ermənistanda

Aksiyaçılar yenə yolu bağladılar Ermənistanda

Şahumyan kəndinin sakinləri üzüm yığımındakı problemlərə görə yolu bağlayıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Arart rayonu, Şahumyan kəndinin sakinləri bu gün üzüm yığımındakı problemlərlə əlaqədar yolu bağlayaraq etiraz aksiyası keçirirlər.

“Zavodlar üzüm almaqdan imtina edirlər. Qubernatordan buraya gəlməsini tələb edirik”, deyə onlar bildiriblər.
Qeyd olunur ki, sakinlər yolu bağlamağa uzun bir müzakirədən sonra qərar verdilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə