Sabirabadda ilk online televiziya və radio fəaliyyətə başlayıb

Sabirabadda ilk online televiziya və radio fəaliyyətə başlayıb

Mayın 10-da Sabirabad rayon Gənclər və İdman İdarəsi, "İRƏLİ" İctimai Birliyi və "ZMS" şirkətinin təşkilatı dəstəyi ilə Sabirabad rayonunda ilk online Televiziya və Radionun açılış mərasimi keçirilib.


"İRƏLİ" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, Sabirabad internet Radiosunun yaradılmasında məqsəd Sabirabad gənclərinin Azərbaycanda və dünyada gedən proseslərə olan mövqeyini ortaya qoymaq, "2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı" çərçivəsində gənclərin asudə vaxtını təmin etmək, pis vərdişlərdən uzaqlaşdırmaq, istedadlı gəncləri aşkar etmək, onların informasiya texnologiyaları biliklərini yüksəltmək, sosial şəbəkələrdən səmərəli istifadə etmək və ən nəhayət, dövlətimiz və vətənimiz üçün intellektual gənclər yetişdirməklə bağlı informasiya dəstəyi göstərmək, eyni zamanda regionda yeni nəsil gənc media işçiləri yetişdirməkdir.


Qeyd edək ki, "S" Radio Ulu Öndərimiz Heydər Əliyevin doğum günü fəaliyyətə başlamış və ilk efiri də məhz Ulu Öndərin həyat və yaradıcılığına həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə