Küveytin “Əl-Ray” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Küveytin “Əl-Ray” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Bu gün Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Küveytin ən böyük mətbu orqanı hesab edilən "Əl-Ray" qəzetində səfir Tural Rzayevin geniş məqaləsi dərc olunub. SİA AzərTac-ın saytına istinadən xəbər verir ki, məqalədə ümummilli liderin nəsillərə örnək olan zəngin həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb, müstəqilliyimizin möhkəmləndirilməsi, qorunub saxlanılması, Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınmasında Heydər Əliyevin oynadığı mühüm rol, həmçinin uğurlu neft strategiyası barədə oxuculara ətraflı məlumat verilib.
Yazıda ulu öndər tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin inkişafı və artan nüfuzu vurğulanıb, Azərbaycanın İslam və ərəb dövlətləri ilə münasibətlərinin qurulması və inkişafında ulu öndərin böyük rolu xüsusi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə