“Azərbaycan iki istiqamətdə siyasətini inkişaf etdirməlidir" ÖZƏL-MÖVQE

“Azərbaycan iki istiqamətdə siyasətini inkişaf etdirməlidir" ÖZƏL-MÖVQE

“Azərbaycan xarici siyasətdə iki istiqamətdə siyasətini inkişaf etdirməlidir. Onsuz da Qərb ölkələrilə əməkdaşlıq yerindədir. Xüsusi ilə ərəb ölkələri və Mərkəzi Asiya ölkələri ilə bu əlaqələr çox zəifdir. Baxmayaraq ki, beynəlxalq və regional təşkilatlar çərçivəsində bu coğarafiyada olan ölkələrlə əməkdaşlıq var. Amma bu, yeterli deyil, bu format ikili əməkdaşlıq formatı çərçivəsində qurulmalıdır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Ermənistan həm ərəb ölkələri və İraillə, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirir: “İşğalçı ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan Ərəb ölkələrinə səfər edərək, əsasən, Qarabağ məsələsini islam dini ilə bağlı olmadığı kontekstində danışıqlar aparır və bu, ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərə kölgə salmağa çalışır. Bunun nəticəsidir ki, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirliklərinin Ermənistanla sıx siyasi-iqtisadi əlaqələri mövcuddur. Hətta Ermənistan Misir Türkiyə arasında soyuq əlaqələrdən istifadə edib, bunu Azərbaycan üzərinə gətirir. Yaxşı, bizim XİN rəhbərliyi hara baxır?! Həmçinin Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələri inkişaf etdirir.

Göründüyü kimi uzun illərdir ki, Azərbaycan XİN bu iki istiqamətdə boşluğunu Ermənistan doldurur. Azərbaycan XİN yeni rəhbərliyinin iki istiqamətdə siyasətini inkişaf etdirməli və bu ölkələrə səfərlər etməlidir. Ermənistanın bu ölkələrlə əlaqələrinin inkişafının qarşısını almalıdır. İordaniya Ermənistana hərbi avadanlıqlar satır, BƏƏ Qarabağda tuzim layihələrini həyata keçirir. Misirin siyasi dəstəyini alır. Ona görə də ərəb ölkələrinə yeni strateji yanaşma olmalıdır və həyata keçirilməlidir. Yaxın Şərdə yeni siyasi açılım var. XİN İslam ölkələri deyib durmamalıdır. Sabah, bu ölkələr Ermənistana tam dəstək verə bilər.

Artıq Ərəb ölkələri İsraillə siyasi-iqtisadi əlaqələr qurur. Bu siyasət Azərbaycanın da maraqlarına cavab verir. Çünki İsraillə Azərbaycan əlaqələrində müəyyən dərəcədə ərəb faktoru da var idi. Artıq bu baryer aradan qalxır, Azərbaycan İsraildə səfirliyini yaxın illərdə açmalıdır. Bundan sonra, Ərəb ölkələrinin Azərbaycana qarşı hər hansı bir təpkisi olmaycaq. Yaxın Şərqdə İsraillə ərəb ölkələri ilə əməkdaşlığın başlanması Azərbaycanın bu regionla əlaqələrində yeni səhifə açmalıdır. Əgər proseslərdə geciksək, burada Ermənistan qazanclı olacaq.

Nəzərə almaq lazımdır ki, Ermənistanın İsraildə səfirliyi var və digər ərəb ölkələri ilə əməkdaşlığı genişləndirir. XİN rəhbərliyi əvvəlki kimi siyasətini davam etdirsə, Azərbaycanın xarici siyasəti bu iki istiqamətdə fiaskoya uğrayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə